Hakimlərə 10 min manat MAAŞ VERİLSİN — Deputatlardan təklif
Hər Şeydən Bir Az

Hakimlərə 10 min manat MAAŞ VERİLSİN — Deputatlardan təklif

Deputatlar hakimlərin müstəqilliyinin təmin edilməsini və onlara ayda 10 min manat maaş verilməsini təklif edib.

1Arada.az xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı parlamentə daxil olan qanunlar paketinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, əgər biz ölkədə məhkəmə hüquq sistemində islahatların dərinləşməsini istəyiriksə, o zaman  hakimlərə müstəqillik verilməlidir. “Hakim müstəqil olmayacaqsa, bu sahədəki islahatdan danışmağa dəyməz.  Digər tərəfdən məhkəmə süründürməçiliyi məhkəmə prosesində işlərin uzadılmasıdır. Hazırda Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apelyasiya Məhkəməsinin hakimləri parlamentin razılığı ilə Prezident tərəfindən təyin edilir. Prezidentin qərarı ilə hakimliyə təyin olunan şəxslər Məhkəmə-Hüquq Şurası tərəfindən necə vəzifədən uzaqlaşdıra bilər? Hazırda Məhkəmə-Hüquq Şurası tərəfindən hakimləri intizamsızlığa görə işdən çıxarmaq daha asandır, nəinki cinayət törətdikdə. Hakimlər ya 70 yaşına qədər, ya da ömürlük təyin olunmalıdır ”- deputat bildirib. 

Millət vəkili qeyd edib ki, hakimlərin iqtisadi müstəqilliyi məsələsinə də yenidən baxmalıyıq: “Əgər hakimin evi yoxdursa, evlə təmin olunmalı, xidməti avtomobil verilməlidir. Hakimlərə ən azı 10 min manat maaş verilməlidir”. 

Millət vəkili özəl ekspertizaların cinayət işlərində tətbiq olunmamasını da düzgün saymayıb.

Deputat Fazil Mustafa da hakimlərin müstəqilliyinin təmin edilməsini və onların sosial-iqtisadi problemlərinin həll edilməsini, maaşlarının artırılmasını təklif edib. “Əgər biz hakimlərin düzgün işləməsini, əyri yol getməyərək ədalətli qərarın verilməsini  istəyiriksə, o zaman onların müstəqilliyinin təmin edilməsi ilə yanaşı, maddi rifah halı da yaxşılaşdırılmalıdır. Hakimlərin 10 min manatadək maaş verilməsi ilə bağlı səslənən təklifi mən də dəsətkləyirəm”- deputat bildirib.

Deputat eyni zamanda bildirib ki, bu sahədə daha ciddi islahatlat  həyata keçirilməlidir.

Deputat Tahir Kərimli də hakimlərin  fəaliyyətinin müstəqilliyinin təmin edilməsi və maaşlarının artırılması təklifini  dəstəkləyib.

Bununla belə T. Kərimli deyib ki, məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların mahiyyətini başa düşməyə çalışıram. Ancaq hələ də anlaya bilmirəm. Çünki bu islahatlar paketində ziddiyətlər mövcuddur. Bunlara aydınlıq gətirlməlidir. Bu gün ölkədə 8 istintaq  qurumu fəaliyyə göstərir .Axı bu qədər istintaq orqanına  necə nəzarət etmək mümkün olacaq? Nəzarət mexanizmi necə həyata keçiriləcək? Odur ki, bu ziddiyətlər aradan qaldırılmalıdır”- T. Kərimli qeyd edib. ( “Ölkə.Az” )

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir