Bu gün sosial şəbəkələrdə və bəzi KİV-də uşaqları oğurlayan qadının peyda olması barədə xəbərlər yayılıb. İddia görə paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbin həyətində, təxminən, 45-50 yaşlı qadın uşaqlara yaxınlaşıb, onları dilə tutaraq oğurlamaq istəyib. Bu zaman orada olan digər valideynlər qadına mane olublar. Bildirilib ki, qadından başqa məktəbin qarşısında avtomobildə bir neçə kişi də olub. Həmin şəxslərin qadınla əlbir olduqları iddia edilir.
1Arada.az bildirir ki, məsələ ilə bağlı Sonxeber.az 96 saylı tam orta məktəbi ilə əlqə saxlayıb.
Məktəbdən yayılan xəbərlərin şaiyə olduğu bildirilib: “Bizim məktəbin həyətində belə bir hadisə baş verməyib”.
Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar Bakı şəhər Baş Polis İdarəsinin nəzarətinə götürülüb:”Tərəfimizdən müvafiq araşdırmalar aparılır”.