Hərarəti yüksək olduğu üçün imtahana buraxılmayan abituriyentlərlə bağlı DİM-dən açıqlama
Redaktorun Seçimi Təhsil

Hərarəti yüksək olduğu üçün imtahana buraxılmayan abituriyentlərlə bağlı DİM-dən açıqlama

Xəbər verdiyimiz kimi, builki qəbul imtahanlarında hərarəti yüksək olan abituriyentlər imtahana buraxılmayıb.

Bəs həmin abituriyentlər sonradan imtahanlarda iştirak etmək şansı qazanıbmı?

1Arada.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Modern.az-a açıqlamasında həmin abituriyentlərin taleyinə aydınlıq gətirib:

“İmtahanın birinci mərhələsində iştirak edə bilməyənlər üçün digər imtahan günlərinin birində şərait yaradılıb və hamı iştirak edib”.

İmtahanların ikinci mərhələsində yüksək hərarət səbəbindən iştirak edə bilməyən abituriyentlərə gəlincə, DİM rəsmisi bunun mümkün olmadığını söyləyib:

“Qəbul imtahanlarının ikinci mərhələsi isə bir dəfə keçirilir və hər hansı səbəbdən bu imtahanlarda iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilmir. İmtahanlar yekunlaşmalıdır ki, müsabiqə keçirilsin”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir