Kişmiş Azərbaycan mətbəxində geniş istifadə edilən çərəzlərdəndir. Amma bu dadlı quru meyvənin faydaları da az deyil. Onu yeməklərin başqa bir sıra müəsədlər üçün də istifadə edirlər.
1Arada.az sizə kişmiş suyunun faydalarından və hazırlanmasından söhbət açacaq.
- Detoks effekti yaradır
Bu içki qaraciyəri və bağırsaqları təmizləyir. Kişmişin tərkibində olan maddələr bədəndə olan toksinləri xaric edir. Quru meyvənin tərkibində bol miqdarda olan liflər və antioksidantlar isə mədə əzələlərini tonusda saxlayaraq güclü təmizləyici effekt yaradır.
2. Orqanizmi enerji ilə təmin edir
Əgər siz səhər yeməyi sevmirsinizsə, o zaman bu içki ona çox yaxşı alternativ olacaq. Kişmişin tərkibində şəkər və rəngləndirici yoxdur, lifin miqdarı ilə çoxdur. Bu isə onu tam bir təbii enerji deposu edir. Bu içki ağır məşqdən əvvəl qədul edəcəyiniz idal kokteyl ola bilər.
3. Təzyiqi normaya salır və qandakı xolesterin miqdarını tənzimləyir
Araşdırmalar görtərib ki, üzümün tərkibində olan fitonutrientlər qocalmanın qarşısını alır, qrək-damar fəaliyyətini normallaşdırır, onkoloji xəstəliklərin yaranmasını əngəlləyir.
Kişmiş suyunun hazırlanması
- Bir xörək qaşığı kişmiş təmizləyərək axar suyun altında yuyun.
- Üzərinə soyuq su alaraq 2 saat saxlayın.
- Kişmişlər şişdikdən sonra onları termosa tökərək üzərinə qaynar su əlavə edin və 1 saat saxlayın.
Qeyd: termosdan istifadə edilməsi mütləqdir. Bu zaman kişmiş tərkibində olan faydalı maddələri suya buraxır.