Güzgü haqqında maraqlı faktlar
Hər Şeydən Bir Az

Güzgü haqqında maraqlı faktlar

Bu gün demək olar elə ev yoxdur ki, onun içində heç olmasa bir ədəd güzgü olmasın.

Gün ərzində ən az bir dəfə ona yaxınlaşıb özümüzə baxırıq. Bəs görəsən, lap qədim dövrün  insanları özlərini necə görürdülər? Elə bu sualın cavabını tapmaq üçün bir az araşdırma etdik və nəticə bizi çox təəccübləndirdi.

Sən demə e.ə 6000ci ilə qədər istifadə olunan güzgü su olub.  Suyun üzərinə düşən əks ilə insanlar özlərini az da olsa görə bilirdilər. İlk güzgünü  isə  hələ qədim Şumerlər, Hindlilər və Misirlilər düzəldiblər. Əvvəllər o bürüncdən və gümüşdən hazırlanırdı.

İlk şüşə güzgülər isə XII əsrdə Murano adasında yaşayan venesiyalı  ustalar tərəfindən düzəldilib və onun hazırlanması qaydası isə nə az, nə çox düz 200 il gizli saxlanılıb.  Həmin vaxtlar güzgünün hazırlanması  çox baha başa gəlirdi.

 İlk güzgülər bizə məlum olan aynalardan çox fərqli idi.  İndiki güzgülər hamar və yastıdırlarsa,  onların əcdadları  qabarıq idilər. Bu səbəblərdən insanlar vulkanik şüşəni- obsidianı- parıldayana qədər cilalamağa başlayırlar. Bu cür şüşədən yaxşı güzgü alınırdı. Bu gün istifadə etdiyimiz güzgü isə  ilk dəfə alman kimyagəri  Justus von Leibig  ixtira edib. Qeyd edək ki, güzgüdə gördüyümüz əksimiz bizim 3,35 nanosaniyə əvvəlki halımıza aiddir.

Ümumiyyətlə güzgü hazırlığına şüşə ilə başlanılır və xüsusi avadanlıqdan istifadə ilə proses davam edir . Şüşə yuyulur, təmizlənir və cilalanır. Daha sonra isə  üzərinə gümüş əlavə edilir. Rənglənən  güzgü quruması üçün sobaya salınır. Bu proses 1dəqiqə 45 saniyə davam edir sonra proses  bir dəfə də təkrarlanır.

Maraqlıdır ki, güzgü ilə bağlı daha çox mistik məlumatlar  yayılıb.  Demək olar ki, bütün şərq mədəniyyətində güzgü tanrılardan qalan xəzinə hesab olunur. Deyilənə görə, güzgünün sındırılması heç yaxşı əlamət deyil. Belə ki, bu hadisə 7 il bədbəxtlik gətirə bilər. Gecələr güzgünün üzünü örtməyi, ona baxmamağı məsləhət bilənlər belə var. Güzgü özündə tullantı  qutusu, çirkli paltarlar kimi neqativ auralı əşyaları əks etdirməməlidir. Onun qarşısında kiminləsə dava etmək olmaz. Əgər qədim inanclara inansaq bizim sevimli məşğuliyyətimiz olan güzgüdə öz şəkilini çəkmək insana uğursuzluq gətirə bilər. Güzgü enerjisi ilə insan sağlamlığına təsir göstərə bilər. Deyilənlərə görə, biz ona hansı əhval-ruhiyyə ilə yaxınlaşırıqsa, o da bizi həmin enerji ilə yola salır. Əgər biz hər gün güzgüyə narazı, tutqun və ya kədərli baxırıqsa, güzgü cavabında bizim sağlamlığımızı poza bilər. Əksinə xoşbəxt və məmnun baxırıqsa,o əhvalımızı yaxşılaşdıracaq. Çünki o enerji daşıyıcısıdır.

Odur ki, səhər ilk özünüzü görməyə tələsin. Nə qədər sağlam, gümrah, gözəl, gənc, enerjili olduğunuzu özünüzə xatırladın ki, güzgünüz də həmin auranı sizə ötürsün.

Əsli Hüseynli

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir