Gürcüstanda maşın ucuzlaşdı - Səbəb
Avtomobil Dünyası

Gürcüstanda maşın ucuzlaşdı – Səbəb

Dövlət Gömrük Komitəsinin xarici dövlət nömrə nişanlı avtomobillərlə bağlı tətbiq etdiyi şərtlər Gürcüstanda avtomobillərin qiymətini 30-50 faiz ucuzlaşdırıb.

1Arada.az xəbər verir ki, bu barədə məlumatı nəqliyyat mütəxəssisi Rəşad Quliyev paylaşıb. R.Quliyevin sözlərinə görə, Gürcüstanda gürcü vətəndaşı ilə yanaşı Azərbaycan vətəndaşı da öz adına avtomobil rəsmiləşdirmək hüququna malikdir.

“Bu kimi şəxslər maya dəyəri ucuz başa gələn avtomobillərlə sərnişin daşıma ilə məşğul olurlar. Əsasən rahatlığı və qənaətliliyi ilə seçilən “Mersedes-Benz E klass” (1996-2008) modelləri Azərbaycan-Gürcüstan və ya ölkəmizin daxilində rayonlararası sərnişin daşımada istifadə olunur.

Lakin bir ay öncə bazar qiyməti 4-5 min dollar olan bu modellər hazırda 2 min dollara müştəriyə təklif edilir. Bundan savayı amerikan avtomobillərinin də satışı zəifləməkdədir”. ( Axar.az  )

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir