Gözdən əlil kişi avtomobil qəzasına düşəndən sonra görməyə başladı
Hər Şeydən Bir Az

Gözdən əlil kişi avtomobil qəzasına düşəndən sonra görməyə başladı

Polşada kor kişi avtomobil qəzasına düşüb. Nəticədə o, görməyə başlayıb.

1Arada.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.

Yanuş Qoray adlı kişinin 20 yaşında allergik reaksiya nəticəsində sağ gözü tamamilə tutulub, sol gözü isə yalnız formaları və işığı görə bilib.

Piyada keçidindən keçərkən avtomobilin altına düşən kişinin ombasında cərrahiyyə əməliyyatı edilir.  Əməliyyatdan iki həftə sonra nəinki qəzanın bütün fəsadları geridə qalır, hələ üstəlik Yanuş görməyə də başlayır.

Həkimlər Yanuşun yenidən görməsinin səbəbi kimi xəstəxanada ona verilən dərmanları hesab edirlər. Yanuş özü isə qəza zamanı başının asfalta dəyməsini dönüş anı sayır.

Hadisədən sonra Yanuş Qoray sağaldığı xəstəxanaya mühafizəçi kimi işə düzəlib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir