Statistikaya görə dünyada hər 10 nəfərdən 9-u görmə problemləri yaşayır. Son zamanlarda telefonlardan, komputerlərdən çox istifadə bir çox insanların görməsinin zəifləməsinə gətirib çıxarıb. Lakin görməsi zəif olan hər kəs həkimə müraciət etmir və həyatının qalan hissəsini də eynəklə keçirməyə üstünlük verir.
Amma xalq təbabətinin inanılmaz gücü ilə həyat və iş keyfiyyətini aşağı salan bu problemdən qurtulmaq mümkündür. Sınanılmış bir çox reseptlər sayəsində əlavə xərc tələb etmədən görmə zəifliyini aradan qaldırmaq mümkündür.
1arada.az sizə həkimə müraciət etmədən ev şəraitində görmə qabiliyyətini artırmaq üçün reseptlər təqdim edir.
Resept 1
1 çay qaşığı nanə şirəsini 1 çay qaşığı bal və 1 çay qaşığı təmiz su ilə yaxşıca qarışdırın. Alınan qarışımı hər gün səhərlər 2-3 damcı olmaqla gözünüə damcıladın. Bu məhlul gözünüzün fəaliyyətini artıracaq.
Resept 2
Görməni yaxşılaşdırmaq üçün göz üçün sarğı da etmək mümkündür. Keşnişin şirəsini sıxın və cunanı bu şirədə isladaraq gündə 2 dəfə olmaqla 10-20 dəqiqə müddətində gözlərinizin üzərində saxlayın.