Gizli koronavirus hesabatı üzə çıxdı- 1 milyon insan öləcək
Hər Şeydən Bir Az

Gizli koronavirus hesabatı üzə çıxdı: 1 milyon insan öləcək

Almaniya koronavirusla mübarizə ilə bağlı gizli hesabat hazırlayıb.

1Arada.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri yazıb.

Nəşrin məlumatına görə, Daxili İşlər Nazirliyinin hazırladığı gizli hesabat Kansler Anqela Merkelə təqdim olunub.

Hesabatda iki ay ərzində izolyasiya tədbirlərinin davam etdirilməsi və ən pis ssenarinin qarşısını almaq üçün Cənubi Koreya kimi maksimim dərəcədə koronavirus testinin keçirilməsi təklif olunur.

Hesabatda qeyd olunur ki, 13 apreldən etibarən hər gün ən azı 100 min test keçirilməli, aprelin sonunda bu rəqəm 200 minə qədər artırılmalıdır.

“İzolyasiya tədbirləri davam etdirilməsə, test keçirərək, virusa yoluxmuş insanlar tapılmasa və təcrid olunmasa əhalinin 70 faizi xəstələnəcək, 1 milyondan çox insan öləcək”, – hesabatda bildirilir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir