Əyilən displeylərin trend olma dövrü 2019-cu ildən aktivləşmişdi.
2019-cu ildə Samsung və Huawei öz elastik displeyləri ilə bazara girdi. Birinci Galaxy F old, ikinci isə Mate X smartfonları ilə. Huawei Mate X smartfonlarının kütləvi satışının gecikmələri səbəbi displeylərin istehsalında ləngimələr olsa da, Galaxy Foldun displeylərində bloggerlər tərəfindən istəmədən də olsa ciddi problemlərin aşkar olunması səbəb oldu. Məlum oldu ki, Samsung-un elastik displeylər texnologiyası hələ də tam hazır deyil. Buna görə də Galaxy Fold da Samsung mühəndisləri incə elastik displeylərin qorunması üçün müəyyən həllər həyata keçırdilər.
Və nəhayət Galaxy Foldun təqdimatından 8 ay sonra texniki dəyişikliklər olunaraq 2000 euro-ya bazara çıxdı. Qiymət cəhətdən bu tip smartfonlar bazarda çox baha qiymətə təqdim olundu. Huawei, Mate X cihazında da düzəlişlər etdi. Və 2020-ci ilin ilk rübündə Huawei Mate XS cihazını 2300 euro-ya bazara təqdim etdi.
Bəli kapotalti təchizatı maksimum olsa da, qiymətinin kosmik olmasına tək səbəbi, yeni tipli ekranların istehsal qiymətlərini yuxarı olması idi. Nəhayət Samsung Galaxy Fold seriyasının 2-ci nəslini bazara çıxarmağı planlaşdırır.
Zənnimcə Galaxy S20 cihazlarından məyus olan fanatlarının sevgisini, Fold 2 cihazı ilə Samsung geri qaytara biləcək.