Gəncədə bir gündə 32 nəfər koronavirus infeksiyasına yoluxub
Hər Şeydən Bir Az Xəstəliklər

Gəncədə bir gündə 32 nəfər koronavirus infeksiyasına yoluxub

Ötən gün ərzində Azərbaycanda 52 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Bunun 32-si yalnız Gəncədə qeydə alınıb.

1Arada.az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, Gəncədəki epidemioloji vəziyyətin ağırlaşması karantin rejiminin ciddi pozulduğunu göstərir:

“Bu yaxınlarda Gəncədə belə yüksək insident nisbəti qeydə alınıb ki, bu da sakinlərin karantin rejiminin tələblərindən yayındığını göstərir. Bu, təkcə Gəncəyə deyil, ölkənin digər böyük şəhərlərinə də aiddir. Karantin rejimi yüngülləşdirildikdən sonra daha çox insan fərdi mühafizə qaydalarına məhəl qoymadan küçələrə çıxmağa başladı. Vətəndaşlar artıq sosial məsafəyə riayət etmirlər və maskalar taxmırlar. Hökumət xəstəliyin yayılması ilə mübarizə üçün bütün tədbirləri gördü, indi vətəndaşlar məsuliyyətli olmalı və karantin tədbirlərinə ciddi riayət etməlidirlər”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir