Gözəl ətir baxımlılığın ən vacib amillərindəndir. Dəblə ayaqlaşan istər kişi, istərsə də qadın gözəl və bahalı ətirlərdən istifadə etməyə üstünlük verirlər. Hal-hazırda istənilən zövqə malik insanın zövqünü oxşayacaq ətri tapmağ elə də çətin iş deyil. Gün gündən artan parfüm mağazaları insanlara dünyada öz sözünü demiş ətir brendlərinin çeşidli məhsullarını təklif edirlər. Sizə sadəcə olaraq ətri bəyənərək pulunu ödəmək qalır. Ancaq son dövürlərdə original ətirlərlə yanaşı məşhur ətirlərin saxtaları və ya bənzərlərinə də rastlamaq mümkündür. Əlbəttə hər kəsə ödədiyi pulun aldığı ətirin keyfiyyətinə uyğun olub olmadığı maraqlıdır.
Heç kim külli miqdarda pul ödəyib saxta və qalıcılığı az olan ətir almaq istəməz. Düzdür ətir həvəskarları məhsulun bağlamasına və bir sıra amillərə diqqət yetirərək saxta ətiri originaldan asanlıqla ayıra bilirlər. Lakin bəzən elə olur ki, bu məqamlar gözdən yayınır.
1Arada.az sizə ev şəraitində ətirin original olub olmadığını müəyyən etməyin ən asan yolunu açıqlayır.
Əgər aldığınız və ya sizə hədiyyə olunan ətirin saxta və ya original olduğunu ilk baxışdan müəyyən etməyə çəkirsinizsə o zaman, sizə daha asan bir üsul təqdim edirik. Bunun üçün qutusundan çıxardığınız ətiri bir müddət soyuducuda saxlayın. Əgər flakonun içərisində olan maye bulanarsa, deməli siz əlinizdə saxta ətir flakonu tutmusunuz.