Ermənilərdən Qarabağ etirafı - Bəzi cəbhələrdə geri çəkilirik
Hər Şeydən Bir Az

Ermənilərdən Qarabağ etirafı – Bəzi cəbhələrdə geri çəkilirik

“Bəzi cəbhələrdə Ermənistan ordusu geri çəkilir”.

1Arada.az BAKU.WS-a istinadən xəbər verir ki, bunu separatçı rejimin başçısının mətbuat xidməti Vaqram Poqosyan deyib.

Poqosyan cəbhədəki acı məğlubiyyətlərini taktiki gediş adı ilə ört-basdır etməyə çalışıb. O iddia edib ki, bu, taktiki və müvəqqəti geri çəkilmədir. O bildirib ki, erməni ordusu bunu daha çox itki verməyin qarşısını almaq və qarşı tərəfə daha çox zərbə vurmaq məqsədi ilə edib. 

Görünür ki, cəbhədə saysız itki verən düşmənin hərbi qüvvəsi tamamilə tükənmək üzrədir.

Xatırladaq ki, bu gün Ermənistanda sayca üçüncü ümumi səfərbərlik elan olunub. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Paşinyan 2020-ci ildə ehtiyata buraxılan hərbçilərin də səfərbərliyə cəlb edilməsi barədə qərarını açıqlayıb.

Ermənistanın Baş naziri könüllülərə də müraciət edib və onlardan hərbi forma və ya gülləkeçirməyən jiletlərlərini mərkəzi hərbi komissarlığa verməyini xahiş edib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir