Dünyanın gözlədiyi xəbər gəldi! 2 nəfərə koronavirus peyvəndi vurdular
Hər Şeydən Bir Az

Dünyanın gözlədiyi xəbər gəldi! 2 nəfərə koronavirus peyvəndi vurdular

İngiltərənin Oksford Universiteti tərəfindən 3 aydır hazırlanan potensial koronavirus peyvəndinin sınaqları 2 könüllü şəxslə başlayıb. Bunlardan birinə potensial “Covid-19” peyvəndi, digərinə isə nəzarət məqsədli peyvənd vurulub. 800-dən çox insanın qatıldığı çalışmada könüllülər özlərinə hansı peyvəndin vurulduğunu bilməyəcək, bu məlumatı sadəcə aradakı fərqi araşdıracaq həkimlər biləcək.

1Arada.az  Metbuat.az -a istinadən xəbər verir ki, araşdırmaya rəhbərlik edən peyvənd mütəxəssisi professor Sarah Cilbert potensial peyvəndə böyük ümidlərinin olduğunu qeyd edib:
“Bunu sınaqdan keçirməli və insanlara təsirinə baxaraq bilgi almalıyıq. Peyvəndi kütləvi şəkildə istifadəyə buraxmadan əvvəl işə yaradığından əmin olmalıyıq”.
Professor daha əvvəl verdiyi açıqlamada peyvəndin uğurlu olacağından 80% əmin olduğunu bildirmişdi.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir