Dünyanın ən yaşlı qadını 128 yaşında vəfat edib
Hər Şeydən Bir Az

Dünyanın ən yaşlı qadını 128 yaşında vəfat edib

Tacikistanda dünyanın ən yaşlı qadını hesab edilən Fatimə Mirzəqulova 128 yaşında vəfat edib.

1Arada.az xarici KİV-ə istinadən xəbər verir ki, 1893-cü ilin 13 mart tarixində hazırkı Xətlan əyalətinin Yavan dairəsinin Dahan kəndində döğulan F.Mirzəqulova kolxozda pambıqçı işləyib, təqaüdə çıxandan sonra da tarlada işləməkdə davam edib.

8 övlad anası olan Fatimə xanımın 200 nəvəsi, nəticəsi və kötücəsi var. O, şənbə günü ölkənin şimalındakı Soğd əyalətinin Dakhana şəhərinin qəbiristanlığında dəfn edilib.

Rəsmi statistik məlumata görə, Tacikistanda yaşı 100-ü ötmüş 78 nəfər yaşayır ki, bunların 50-si xanımlardır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir