Rusiyada dünyada koronavirusun ilk vaksinin kliniki sınaqları müvəffəqiyyətlə başa çatıb, alimlər onun insan üçün təhlükəsizliyini təsdiq ediblər. 1Arada.az “RİA Novosti”-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Tibb və Biotexnologiya İnstitutunun direktoru Vadim Tarasov bildirib. “Seçenovsk Universiteti dünyada koronavirus əleyhinə ilk vaksinin könüllülərin üzərində sınaqlarını müvəffəqiyyətlə qurtardı”, – Tarasov deyib. Onun sözlərinə görə, vaksini sınaqdan keçirmiş könüllülərin birinci qrupu artıq iyulun 20-də müşahidə altında evə buraxılacaq. Tibbi Parazitologiya İnstitutunun direktoru Aleksandr Lukaşev öz növbəsində bildirib ki, vaksinin təhlükəsizliyə cavab verməsi alimlər tərəfindən tamamilə təsdiq edilib, yoxlananılanların sağlamlığında problemlər müşahidə olunmur.
