Donuz ətinin zərərləri elmi tərəfdən sübut olunub – infarkt, xərçəng …
Hər Şeydən Bir Az Maraqlı Məlumatlar

Donuz ətinin zərərləri elmi tərəfdən sübut olunub – infarkt, xərçəng …

Məlum olduğu kimi, donuz əti müsəlmanlar və yəhudilər tərəfindən istifadə edilmir və haram sayılır. Səbəbi isə donuzun sağlamlığa zərər vurmasıdır.

1Arada.az din tərəfdən deyil, elmi tərəfdən donuz ətinin zərərlərindən bəhs edəcək. Donuz ətinin tərkibindən iltihabı prosesslərə, piylənmə və hücəyrələrin şişməsinə (o cümlədən də bədxassəli) səbəb olan çox miqdarda boy hormonu mövcuddur. Donuz əti ilə qidalanan insanların orqanizmlərində şiş hüceyrələrinin tərkib hissəsi olan xolesterinin miqdarı həddən artıq çox olur. Bundan başqa siqaret çəkən insanlarda orqanizmə daxil olan benzopiren maddəsi xərçəngin inkişaf riskini dəfələrlə artırır.

Donuz ətinin tərkibində olan histaminlər furunkulyoz, apendisit, öd kisəsi, abses, ekzema, dermatiz kimi xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Eksperimentlər nəticəsində sübut olunub ki, histaminlər həm də mədə xorası, qaşınma, iltihabi və allergik reaksiyalara, bronxial astmaya, rinit, ürək aritmiyası hətta infarkta gətirib çıxara bilər. Həmçinin də donuz ətində gizlənən digər təhlükələrdən biri də qrip vurusudur. Bu virus əsasən də donuzun ağ ciyərlərində olur. Qrip epidemiyasının yayılmasının əsas səbəblərindən biri də donuz ətindən hazırlanan kolbasaların və sosislərin yeyilməsidir.

Başqa sözlə hər gün donuz əti yeyən insanların bədəninə qrip virusu daxil olur. Qeyd edək ki, bəzi sirk heyvanlarına – şirlərə, pələnglərə donuz əti yedirmirlər. Səbəbi isə piylənmə, arterial təzyiq, burun qanamasının meydana gəlməsidir.

Həmçinin də forel istehsalçıları müşahidə ediblər ki, balıqlar donuz əti ilə qidalandırıldıqda balıqların çoxalma prosesi kəskin şəkildə azalır və onlar məhv olmağa başlayırlar. Donuz orqanizmində homotoksin adlanan maddələr mövcuddur ki, bu maddələr insan orqanizminə düşdükdə zəhərə çevrilərək müxtəlif xəstəliklərə səbəb olur. Hətta ən arıq donuz ətinin tərkibində bol miqdarda piy olur. Bu isə onunla qidalanan canlıların artıq çəki almasına səbəb olur.

Donuzun cinsi hormonları onun ətinin keyfiyyətinə də təsir edir. Buna görə də donuzu kəsməzdən bir nəçə həftə qabaq axtalamaq lazımdır. Əks halda onun əti istifadəyə yararsız hesab olunur.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir