Doğuş zamanı uşağın üzünü kəsdilər - AĞLASIĞMAZ SƏHV
Hər Şeydən Bir Az

Doğuş zamanı uşağın üzünü kəsdilər – AĞLASIĞMAZ SƏHV

Rusiyada həkimlər doğuş zamanı səhvən uşağın üzünü neştərlə kəsib. 

1Arada.az xəbər verir ki, Rusiyanın Çelyabinsk vilayətində yerləşən Kiştim şəhərində 19 yaşlı qadın doğuş sancıları ilə xəstəxanaya gəlib. Həkimlər əvvəlcə qadının normal doğuş edəcəyini söyləsə də, bir müddət sonra normal doğuşun baş tuta bilməyəcəyini deyərək qadını əməliyyata götürüblər.

Əməliyyatı həyata keçirən həkimlər səhvən bir neştər zərbəsi ilə uşağın üzünü kəsib. Dünyaya gələn və cinsiyyəti qız olan uşağa ilk müdaxilə edilərək üzündəki qanaxma dayandırılıb. Həkimlər uşağın sağlamlıq vəziyyətinin normal olduğunu və uşağın üzünün kəsilməsində sancı çəkən ananın  günahkar olduğunu deyib. 

Uşağın üzündəki izin ömür boyu qalacağı və hadisə ilə bağlı  Rusiya Səhiyyə Nazirliyinin istintaq başlatdığı bildirilib. (Moderator.az )

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir