Maraqlı Məlumatlar Xalq Təbabəti Xəstəliklər

Diş Ağrısından Dərmansız Xilas Olun

Diş ağrısı ən dözülməz ağrılardan biridir. Hər bir insan ömründə bir dəfə də olsa bu ağrını hiss edir. Bəzən bu ağrı o qədər güclü olur ki, onu sakitləşdirmək üçün dərman vasitəsindən istifadə edmək lazım gəlir.

1arada.az sizə bu dəfə diş ağrısından dərmansız xilas olmağın yollarını açıqlayır:
Soğan
Diş ağrısından azad olmaq üçün orta ölçüdə soğanı təmizləyin. Üzərinə 250 ml otaq temperaturunda su əlavə edin və saxlayın.

Alınan məhlulla ağız boşluğunuzu gündə 3 dəfə qarqara edin.

Əsməqovaq qabığı
Əsməqovaq qabığı müalicəvi xüsusiyyətlərə malikdir.O şişəleyhinə, iltihabəleyhinə, bakteriosid, sidikqovucu, sağaldıcı, qızdırmasalıcı və ağrıkısici təsirlərə malikdir.

Diş ağrısı zamanı 1 x/q əsməqovaq qabığının üzərinə 1 stəkan su əlavə edərək 15 dəqiqə müddətində vam odda qaynadın. Yarım saat saxladıqdan sonra alınan dəmləmə ilə ağız boşluğunu qarqara edin.

Sarımsaq və soda
1 diş sarımsağı sürtgəcdən keçirərək sıyıq halına salın. Bıçağın ucun götürdüyünüz soda ilə qarışdırın. Alınan kütləni diş şotkasının üzərinə qoyaraq ağrıyan nahiyəyə sürtün. Daha sonra ağzınızı ilıq süd ilə yaxalayın. Bu yanğı hissini aradan qaldıracaq.
Duz, istiot və sirkədən ibarət yayma
Diş ağrısını aradan qaldırmaq üçün olan xalq təbabti üsullarından biri də duz, istiot və sirkədən hazırlanan yaymadır.
Onu hazırlamaq üçün 10 qr duzu 1 çimdik istiot və 3 damcı sirkə ilə qarışdırın. Qarışım xörək qaşığı həcmində olmalıdır. Qaşığı qarışım qaynayana qədər zəif odun üzərində saxlayın. Bir qədər gözlədikdən sonra odun üzərindən çəkin və soyuduqdan sonra yumrulayaraq ağrıyan nahiyənin üzərinə yapışdırın.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir