Əgər dırnaqlarınızda hər hansı bir dəyişiklik baş verdiyini görsəniz, o zaman vaxt itirmədən tədbir görün. Əks halda dırnağınızı itirə bilərsiniz.
1Arada.az bildirir ki, əgər dırnaq göbələyindən əziyyət çəkirsinizsə, o zaman bu üsulla ondan birdəfəlik azad ola bilərsiniz.
Tələb olunanlar:
90 faizli etil spirti
hidrogen peroksid
ağ sirkə
Hazırlanması və tətbiqi:
Şüşə bankada inqridiyentləri eyni miqdarda qarışdırın.
Qarışığı xəstə dırnaqlara sürtmək üçün pambıq tampondan istifadə edin. Proseduru gündə iki dəfə olmaqla səhər və axşam təkrarlayın. Pambığı məhula batıraraq dürnağın üzərində 15 dəqiqə saxlayın.
Daha sonra su ilə yuyun və qurudun.