Dırnaq boyasının tarixi
Gözəllik və Dəb Hər Şeydən Bir Az

Dırnaq boyasının tarixi

Dırnaq boyasından istifadə etməyən qadın demək olar ki, yoxdur. Xanımların ən sevdikləri kosmetik vasitələr sırasında əsas yer tutan bu məhsulun çox maraqlı tarixi var. 

1Arada.az sizə bu faktlardan bəhs edəcək.

Mənbələrə görə, dırnaq boyası e.ə. 3000-ci ildə Çində meydana gəlib. O zamanlar dırnaq boyasının rəngi insanın sosial statusuna işarə edirdi. İndi xanımların  rahatlıqla istifadə etdiyi qara və qırmızı rəngdən o zamanlar yalnız yuxarı təbəqəyə məxsus insanlar istifadə edə bilərdilər. Daha bir maraqlı məqam da odur ki,  keçmişdə  yalnız qadınlar deyil, kişilər də dırnaqlarını uzadırdılar. Amma bu məişət işlərində onlara mane olurdu. Buna görə də xidmətçiyə ehtiyac duyulurdu. Dırnaqlar nə qədər uzundursa, xidmətçilərin  sayı o qədər çox olurdu. Bu isə zənginlik göstəricisi hesab olunurdu.

İşçi və kəndli sinfi də dırnaq baxımı mövzusunda çox istəkli olsa da, onlara yalnız şəffaf və parlaq olmayan təbii rənglərdən istifadəyə icazə verilirdi. Onların istifadə etdiyi dırnaq boyası isə bu gün bizə məlum olan boyalardan çox fərqli idi. O zamanlar çinlilər çiçəklərin tac yarpaqlarını bal mumu və yumurta ağı kimi başqa məhsullarla  qarışdıraraq dırnaq boyası əldə edirdilər.  İlk dırnaq boyası zərif çəhrayı rəngdə olub. Və bir neçə il boyanın tərkibində heç bir dəyişiklik edilməyib.

Müasir xanımların istifadə etdiyi dırnaq boyalsı isə 1916-cı ildə amerikalı kimyaçı və sahibkar Nortem Uorren tərəfindən hazırlanıb. Onların kütləvi satışına isə 1940-cı ildə  Parisdə start verilib. Hazırda dünyanın ən bahalı dırnaq boyasının dəyəri 250 min dollardır. Onun tərkibində qara brilyantın olduğu bildirilir.

100 ildən çox keçməsinə baxmayaraq, dırnaq boyaları indi də qadın gözəlliyinin əsas atributlarından biri olaraq qalır. Amma Dermatoloqlar bu mövzuda heç də yaxşı fikirdə deyillər. Onlar düşünürlər ki, boyanın istifadəsindən öncə dırnaq qoruyucu mayedən istifadə olunmalıdır. Əks halda boya dırnağın normal inkişaf etməsinə imkan vermir, dırnaqları qurudur, rəngini dəyişir, kobudlaşdırır və ya incəldir. Buna görə də dırnaq boyasından mümkün qədər az istifadə edilməsi tövsiyə edilir. Doğrudur xanımlar düşünürlər ki, gözəllik qurban tələb edir,  amma çalışmaq lazımdır ki, bu günün gözəlliyi üçün sağlamlığımızı itirməyək.

Əsli Hüseynli

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir