“Qabsburq çənəsi” – uzunçənəlik qohum nigahın əlamətidir .
Alt çənənin bariz şəkildə deformasiyası avropa şəhzadə dinastiyası olan Qabsburqün nümayəndələri üçün xaraqkterik əlamətdir. Belkə ki, uzunçənəlik bu nəslin nümayəndələri arasında yaşanan qan qohumluğunun nəticəsi kimi meydana çıxıb.
Bu səbəbdən də bu anomaliya “qabsburq çənəsi” adlanır. Həm qadınlarda həm də kişilərdə müşahidə edilən bu anomaliya nəticəsində alt çənə çıx qabağa çıxdığı üçün üst çənə inkişafdan qalmış kimi görünür.
Siyası bir addım kimi qan qohumluğuna üstünlük verən bu nəsilin ən parlaq nümayəndəsi İspaniyanın kralı 2-ci Karl olub.

Onun atası anasıın dayısı olub. Anası həm də xalaoğlu ilə xalaqızının nigahından dünyaya gəlib.
Qan qohumu evliliyi nəticəsində də Kral anadangəlmə şikəst doğulur və bir çox isri xəstəliklərin daşıyıcısı olur. O həm də sonsuz idi.
Qan qohumlarının evliliyi bir ços ölkələrdə bir çox irsi xəstəliklərin meydana çıxması səbəbindən qadağan edilir. Belə ki, qohum valideynlərin övladlarına deformasiya olunmuş gen ötürmə ehtimalı çox yüksəkdir.
İspan alimləri Qabsburq sülaləsinin 66 nümayəndəsinin şəklini toplayaraq üz-çənə cərrahlarına götərərək onların vəziyyətini qiymətləndirnəyi tapşırıblar.
Cərrahların qiymətləndirmələrinə görə, qohumluluq bağları yaxınlaşdıqca dünyaya gələn insanların üz cizgilərində olan anormallıqlar da daha bariz görünür. Bu əsasən də alt çənə sümüyünə aid ediıir.
Burdan belə bir nəticəyə gəlmək mümkündür ki, qan qohumlarının evliliyi nəinki bir çox irsi xəstəliklərin həmçinin də insan simasında və bədənində eybəcərliklərin üzə çıxmasına şərait yaradır.