Diqqət - İyunun 15-dən...
Maraqlı Məlumatlar Turizm

Diqqət: İyunun 15-dən…

“Biz ölkəyə kütləvi turist axını gözləmirik. İnsanların kənd turizmi və digər bu kimi seçimlər etməsini gözləyirik”.

1Arada.az xəbər verir ki, bunu ATV-nin efirində Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, ölkədə elan edilən xüsusi karantin rejimi bitdiyi günün sabahı Azərbaycanda yeni turizm mövsümü açıq elan ediləcək:

“Amma dövlət insanlara xidmət göstərən turizm obyektlərində qiymətlərin formalaşmasına müdaxilə etmir. Biz tövsiyə vermişik ki, qiymətlər baha olmasın. Hazırda koronavirusla bağlı dünyada böhran var. Təbii ki, əhalinin gəlirləri azalıb. Bunu nəzərə alaraq, tələbat yüksək olacaq. Amma tələbatın arxasında büdcə də durmalıdır”.

“Bu təklif-tələb məsələlərini bazar iqtisadiyyatı özü tənzimləyəcək ki, hər kəs öz büdcəsinə uyğun olaraq səyahətini təmin edə bilsin.

Bir çox hotellər endirim kampaniyalarına başlayıb, təkliflərini təqdim edirlər”, – deyə o qeyd edib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir