Diqqət! Gələcəkdə uşağınızın breket taxmasını istəmirsinizsə, o zaman bunları edin
Hər Şeydən Bir Az

Diqqət! Gələcəkdə uşağınızın breket taxmasını istəmirsinizsə, o zaman bunları edin

Uşaq doğulduqda özü ilə sevinc və xoşbətlik gətirir. Amma həm də onun qayğısına qalmaq və sağlam böyüməsini də təmin etmək lazımdir. Həmçinin də onun dişlərinin sağlam və düzgün inkişaf etməsini də nəzarətdə saxlamaq mümkündür.

1Arada.az sizə gələcəkdə uşağınızın dişlərinin breketə ehtiyacı olmasın deyə sizə həkim məsləhətlərini təqdim edir:

1) Ana südü ilə qidalanma

Ana südü ilə qidalanma

Körpə ana südü əmərkən əmmə refleksindən istifadə edərək və güc tətbiq edərək qidalanmalıdır. Əgər ananın südü kifayət qədərdisə o zaman uşağın alt çənəsi düzgün inkişaf edəcəkdir. Bu isə diş səfinin normal olacağından xəbər verir. Bu zaman uşağın süd əmərkən tutduğu poza və onun 1.5 ildən çox əmizdirilməməsi də əhəmiyyət daşıyır.

2) Süni qidalanma

Süni qidalanma

Əgər ana südü yoxdursa o zaman uşağa butulka vasitəsilə süni qida yedizdirməkdən başqa əlac qalmır. Gələcəkdə sağlamlıq problemləri ilə üzləşməmək üçün bir sıra tələblərə riayət edilməlidir:

• əmzik elastik, bərk, ətirsiz və dadsız silikon və ya lateks materialından olmalıdır.

• Yaşa uyğun olaraq əmzikdə bir neçə ədəd dəlik olmalıdır. Süni qidalanma zamanı da uşağın əmmə pozası çox vacibdir. Butulka uşağın aşağı çənəsinə təzyiq göstərməməlidir.

3) Düzgün qidalanma

Düzgün qidalanma

Vitaminlərlə və minerallarla zəngin rasional qidalanma sağlam dişlərin təminatıdır. Qidalanma zamanı çənə işləməli və dişlər lazımı təzyiqə məruz qalmalıdırlar.

1 yaşından etibarən bərk qidalarla qidalanmalıdır. Analar uşağın çeynəməsinə diqqət yetirməlidirlər. Uşağın rasionuna mütləq ət, alma, yerkökü daxil edilməlidir. Bu zaman uşağın çənələri düzgün inkişaf edəcək.

4) Əmzik

Əmzik

Uşağı ağlamaması, narahat olmaması üçün ona əmzik verilir. Lakin onun uşağın sağlamlığına zərər verməməsi üçün bir sıra qaydalara əməl olunmalıdır:

• əmziyin forması uşağın ağız quruluşuğuna uyğun olmalıdır.

• Uşaq maksimum yaş yarıma qədər əmzikdən istifadə edə bilər. Amma ən yaxşısı 1 yaşadək ondan imtina etməkdir.

• Gün ərzində davamlı olaraq 30 dəqiqədən çox istifadə edilməməlidir.

• Gecə uşaq yuxuya gedən kimi əmziyi onu ağzından çıxarın.

5) Düzgün yastıq

Düzgün yastıq

Yenidoğulmuş mütləq yastıqsız yatmalıdır. 6-cı ayından başlayaraq uşaq xüsusi yastıqla yata bilər. 1 yaşından isə uşağı ortopediq yastıqda yatızdırmaq olar.

6) Sağlam onurğa

Sağlam onurğa

Onurğa, kəllə, çənə – bütün bunlar bütöv sistemdir. Düzgün qamət, bütün orqanizmin və o cümlədən də dişlərin və çənənin sağlamlığıdır. Qamətin düzgün olması üçün isə bir çox amillər var: ortopedik döşək, düzgün oturmaq, idmanla mütəmadi olaraq məşğul olmaq və s.

7) Dişlərə və ağız boşluğuna qulluq

Dişlərə və ağız boşluğuna qulluq

Dişlərin düzgün təmizlənməsi onların sağlam olmasına və çürüməsinin qarşısının vaxtında alınmasına səbəb olur. Dişlərin təmizlənməsinə süd dişlərindən başlamaq lazımdır.Uşağa dişi fırçalamağın texnikasını öyrətmək lazımdır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir