Diqqət! Bu dərmanlar alkoqolla qəbul edildikdə öldürür-Siyahı
Hər Şeydən Bir Az Maraqlı Məlumatlar

Diqqət! Bu dərmanlar alkoqolla qəbul edildikdə öldürür-Siyahı

Rusiyanın məşhur sağlamlıq verişilşərindən birinin aparıcısı olan Yelena Malışeva alkoqolla birləşdikdə orqanzimə ciddi ziyan vuran hətta letal nıticəyə səbəb olan 5 dərman preparatının adlarını açıqlayıb.

Beşliyə parasetamol və digər qızdırma salan vasitələr liderlik edir. Alkoqolla birlikdə qəbul edildikdə parasetamol  preparatının parçaladığı fermentlər qaraciyərdə bloklanaraq onun yüklənməsinə səbəb olur. Nəticədə preparat qaraciyərdə toplanır və onun toksik təsiri sarılığa, qaraciyərin dağılmasına letal nəticəyə yəni ölümə gətirib çıxarır.

Siyahının ikinci sırasında allergiya əleyhinə dərmanlar olan antihistaminlər dayanır. Onlar qaraciyərin alkoqolu zərərsiləşdirən fermentlərini bloklayırlar. Nəticədə spirtin təsiri artmağa başlayır. Bu isə güclü qusmaya səbəb olur.

Üçüncü yerdə potensiyanı artırmaq üçün nəzərdə tutulan preparatlar daxildir.Bu preparatlar damarları genişləndirir ki, bu da qan təzyiqinin aşağı düşməsinə  səbəb olur. Alkoqol da anoloji şəkildə bütün orqanizmə təsir edir. Bu isə təzyiqin kəskin şəkildə düşməsinə və letal nəticəyə gətirib çıxara bilər.  

Yuxu dərmanları da alkoqolla birləşdikdə mənfi nəticələr verir. Həm alkoqol həm də dərman mərkəzi sinir sisteminin işinə təsir edir. Bu isə tənəffüs mərkəzinə təsir göstərərək insanın nəfəsinin dayanmasına gətirib çıxara bilər.

Beşinci təhlükəli dərman vasitəsi isə klonidindir. O da alkoqol kimi damarları genişləndirərək təzyiqi aşağı salır. Nəticədə beynə qan getmir və insan üçün insult təhlükəsi yaranır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir