İnsultun səbəbi baş beyninin qan dövranını pozulmasıdır. Bu xəstəlik bütün dünya üzrə vaxtsız ölüm və əlillik səbəbi hesab edilir.
İnsultun 2 tipi mövcuddur:
Birinci tip – işemik insult. O beyinə gedən arteriya damarlarının tıxanması nəticəsində yaranır.
İkinci tip – hemorragik insult. Bu isə baş beyində qan çatışmazlığı nəticəsində yaranır.
Bu zaman qida maddələrinin və oksigenin başa getməsi çətinləşdirir və hüceyrələr ölməyə başlayır. Bundan sonra onları geri qaytarmaq mümkün olmur.
Buna görə də bu cür problemlərlə üzləşməmək üçün yaxşı olar ki, damarlarınızda tıxanıqlığın yaranmamasına diqqət yetirin.
Həmçinin də insultdən bir həftə əvvəl bədən özü bir çox əlamətlərlə xəbərdarlıq edir. Bunu anlayan insanlar təcili olaraq təcili tibbi yardıma müraciət etdikdə ölüm və əlillik halından azad olma şansları artır.
İnsultun əlamətləri:
1. Hallusinasiya
2. güclü baş və boyun ağrıları
3. Hıçqırıq tutması
4. Hərəkətlərdə, hətta xarakterdə baş verən dəyişikliklər
5. huşun itməsi
6. epilyasiya tutmaları
7. başgillənməsi və zəiflik
8. nəfəs problemləri
Əsas risk faktorları:
İnsultdan heç kim sığortalanmayıb. Amma bəzi amillər var ki, onlar insult riskini artırır:
1. 55 yaş və üzəri
2. daimi yüksək qan təzyiqi
3. siqaret çəkmək
4. diabet
5. ürək nahiyəsində ağrılar, qanın tərkibinin pozulması
6. görmədə bulanıqlıqla müşayət olunan miqren
7. ailədə bu xəstəlikdən əziyyət çəkən şəxsin olması
Əgər sizdə bu sadalanan amillərdən bir neçəsi mövcuddursa yaxşı olar ki, tez-tez həkim müayinəsində olasınız.