Volvonun Britaniya ofisi sürücülərin əsas xəstəliklərinini təyin etmək üçün genişmiqyaslı araşdırmalar aparıb. Məlum olub ki, sürücülərin “belini qıran” avtomobillərin oturacığıdır.
1arada.az-ın məlumatına görə, araşdırmalar nəticəsində məlum olub ki, hər üç sürücüdən biri beldə olan ağrılardan əziyyət çəkir. Səbəb isə uzun müddət narahat avtomobil oturacaqlarında oturmaqdır. Bu problemləriə görə çoxları vaxtaşırı avtomobilə əyləşməkdən imtina edir, bəziləri isə hətta işdən icazə almalı olurlar. Ən maraqlısı isə odur ki, bel ağrısı hər il Britaniya iqtisadiyyatına milyonlarla funt sterlinq ziyan vurur. Təccüblənməyin, çünki bu xəstəlik səbəbindən insanların əmək qabilliyəti aşağı düşür. 12% işləyən sürücü həftənin iki iş günü bel ağrısı səbəbindən işə çıxa bilməyib; 13% üç-dörd günə qədər icazə alıb, 5% isə bir həftədən çox müalicə almalı olub.
Yəqin ki, Volvonun araşdırması digər avtomobil istehsalçılarının da diqqətini bu problemə cəlb edəcək.