Adətən sağlam insanlarda qrip xəstəliyi 1 həftə ərzində öz-özündən sağalır. Amma o uşaqlarda, hamilələrdə və bəzi xəstəliyə malik insanlarda ağır fəsadlar verə bilər. Bu xəstəliklərdən biri də astmadır.
Astma xəstəliyin olan insalarda qripə virusu hətta pnevmaniyanın inkişafına səbəb ola bilər.
Qrip virusu tənəffüs sisteminin iltihabını meydana çıxarır ki, bu zaman astmanın ən kəskin əlamətlərindən olan tənginəfəslik dəfələrlə güclənir.
Astma xəstələrində aöciyərlər sağlam insanlarla müqayisədə daha çox selik yaradır və daha az epiteliyə malik olurlar. Bu isə asmatiklərin nəfəs yollarında hava üçün lazım olandan daha az yerin olması deməkdir. Beləliklə də infeksiya nəticəsində yaranan spazm öldürücü ola bilər.
Araşdırma nəticəsində sağlam insanların tənəffüs sistemlərində qrip virusundan qoruyan müdafiə mexanizminin olduğu məlumdur. Amma astma xəstələrində bu funksiya zəif olduğu üçün qrip infeksiyası ciyərlərə daha çox zərər verir. Qrip həm də astma xəstələrinin nəfəs yollarını tuta bilən selik ifrazını da artırır.
Bütün bunlar ciddi fəsadlara yol aça bilər.