DİM rəsmisi- “İmtahanlarla bağlı “B” planımız da var”
Hər Şeydən Bir Az Təhsil

DİM rəsmisi: “İmtahanlarla bağlı “B” planımız da var”

Dövlət İmtahan Mərkəzi ali və orta ixtisas təhsili müəssisələrinə buraxılış və qəbul imtahanının hansı formada keçirilməsinə münasibət bildirib.

1Arada.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Nigar Hüseynova AZTV-nin efirində deyib ki, xüsusi karantin rejimi uzanarsa, qurum digər plan əsasında imtahan keçirəcək:

“A” və “B” planı deyə bir şey var. DİM-in “A”, “B” planı var. Hamısı xüsusi karantin rejimindən asılıdır. Bu rejim, məsələn, may ayında bitsə, biz imtahanları sıx rejimdə adi qaydada keçirəcəyik. Ancaq karantin uzanarsa, biz də başqa plan əsasında imtahan keçirəcəyik”.

“Azərbaycan dövləti, eləcə də, bizim üçün birinci növbədə abituriyentlərin sağlamlığı əsasdır. Mən inanmıram ki, indiki vaxtda hansısa valideyn koronavirus infeksiyasına yoluxmanı nəzərə alaraq, uşağını 10 min nəfərin iştirak etdiyi imtahana buraxmağa razılaşsın”, – deyə şöbə müdiri əlavə edib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir