Dilin üzəri niyə partlayır
Xəstəliklər

Dilin üzəri niyə partlayır?

Heç də hamımız güzgüdə dilimizə diqqətlə baxmırıq. Amma nahaq yerə. Çünki dilimiz bizim sağlamlığımızdan və keçirdiyimiz həyat tərzindən xəbər verir. Səthi hamar, çəhrayı, təmiz dil daxili orqanların sağlamlığından xəbər verir.

Əgər dilinizin üzərinin təsadüfən çatlarla örtüldüyünü görsəz o zaman panikaya düşməyin, səbəbinin axtarın.

1Arada.az sizə dilin hansı səbəblərdən çatlarla örtüldüyünü araşdırıb.

Səbəbləri

Bu bir sıra ciddi xəstəliklərin səbəbi ola bilər.

  • Hormon ifrazının azalması
  • A və B vitaminlərinin çatışmazlığı
  • Mədə xorası, qastrit, kolit
  • Anemiya, qan xəstəlikləri
  • Protez diş qoydurmaq
  • Siqaret çəkmək
  • Allergik reaksiyalar, mexaniki zədələr

Avitaminoz səbəbindən dil üzərində çatların əmələ gəlməsinə tez-tez rastlanır. Əgər üstəlik pasiyentin orqanizmində parazitlər də mövcuddursa o zaman vəziyyət ciddiləşir. Çünki bu zaman həm də xəstədə anemiya da yaranır.

Dilin üstü həmçinin  bir sıra infeksiyalar səbəbindən də çatlaya bilər. Bu xəstəlik qlossit adlanır. Onun əmələ gəlməsinin əsas səbəbləri virus, göbələk və bir sıra bakterial infeksiyalar ola bilər.

Dilin çatlamasının digər səbəblərindən biri də diş pastasına olan allergik reaksiya da ola bilər.

Dilin mexaniki zədələnməsi də onun çatlamasına səbəb ola bilər. Qida qəbulu və ya danışan zaman dilin dişlənməsi onun səthinin çatlamasına gətirib çıxara bilər.

Əgər diliniz tez-tez çatlayır və sizə narahatlıq yaradırsa o zaman ev şəraitində təbii vasitələrdən bu problemi aradan qaldıra bilərsiniz.

  1. Çobanyastığı dəmləməsi  – çobanyastığı dəmləməsi ilə hər dəfə qida qəbul etdikdən sonra ağzınızı yaxalayın. Daha yaxşı nəticə əldə etmək üçün dəmləməyə sürvə, dazıotu, dəmrovotu əlavə edin. Bu bitkilər güclü iltihabəliyhinə xüsusiyyətə malikdirlər.

2. Çaytikanı yağı –  bu yağ problemi tez bir zamanda aradan qaldıracaq. Siz yalnız dilinizin üərinə bir neçə damçı yağ damızdırın və 10 dəqiqə saxlayın. Proseduru səhər acqarına etmək məsləhətdir.  

3. Bal – bal bir çox  müalicəvi xüsusiyyətlərə malikdir. Gecə yatmaqdan əvvək bir çay qaşığı balı ağzınızda əridin. Sonradan heç bir qida və içki qəbil etmədən yatın. 

4. Sarımsaq – bunun üçün sizə bir diş kiçik sarımsaq lazım olacaq. Sarımsağı əzərək dilinizin üzərinə qoyun. Yanma hissi meydana gələn kimi sarımsağı dilinizin başqa hissəsinə keçirin. Beləliklə sarımsağı ağzınızda 15 dəqiqə saxlayın. Bu proseduru gün ərzində bir neçə dəfə etmək olar.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir