Digər adı Kişi otu olan bu bitkidən hər gün istifadə edin
Redaktorun Seçimi Xalq Təbabəti

Digər adı “Kişi otu” olan bu bitkidən hər gün istifadə edin

Azərbaycan mətbəxində kəklikotunun özünəməxsus yeri var.

Ət balıq yeməklərinin hazırlanmasında, xüsusilə də, konservləşdirmədə, həmçinin kosmetika, əczaçılıqtibb sənayesində bu bitkidən geniş istifadə olunur.

Kəklikotunun faydaları:

Tərkibində bol miqdarda antioksidant maddəsi olduğundan orqanizmi onkoloji və ürək – damar xəstəliklərindən qoruya bilir. Dəmirin zəngin mənbəyi sayıldığına görə, anemiya xəstələrinə də məsləhət görülür. Bu bitkinin tərkibində olan bol miqdarda kalium  arterial təzyiqi normallaşdırır.

Dəri, sinir xətəlikləri və əzələ spazmlarında geniş istifadə olunur. Sidikqovucu təsirə də malik olan bu bitki, orqanizmi qocalmadan qoruyur və qıcolmaları aradan qaldırır.

Hər bir məhsulun olduğu kimi, bu məhsulun da ziyanlı tərəfləri vardır. Belə ki, kəklikotunu çoxlu miqdarda qəbul etdikdə arteriyal təzyiqin qalxasına səbəb olduğuna görə hipertoniklərin bu məhsulu müəyyən miqdarda qəbul etmələri  məsləhət görülür. Digər bitkilərdə olduğu kimi, kəklikotu da torpaqda olan toksik maddələri özündə toplayır. Ona görə də,  ekoloji cəhətdən təmiz olmayan rayonlardan toplanan məhsul, orqanizmə ziyan vura bilər.

Həmçinin aşılayıcı tərkibə malik olduğu üçün mədə yarası olan insanlara da məsləhət görülmür.  Lakin prostatit və kişilərin reproduktiv funksiya problemlərinə çox yaxşı təsir göstərir.

Kəklikotu insanın sinir sisteminə çox müsbət təsir edir.

Beynin qan dövranını və mübadilə proseslərini yaxşılaşdırır, insanı sakitləşdirir, əhval-ruhiyyəni qaldırır, baş ağrıları zamanı kömək edir, xroniki yorğunluqla mübarizə aparır, yuxunu bərpa edir, yaddaşı və təfəkkürü yaxşılaşdırır.

Kəklikotu immun sistemi üçün də çox xeyirlidir.

Soyuq fəsillərdə kəklikotu çayı  soyuqdəymə xəstəliklərinin profilaktikası məqsədi ilə istifadə oluna bilər. Kəklikotu çayı hazırlamaq üçün 1 çay qaşığı quru kəklikotu 1 stəkan qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və adi çay kimi içilir. Çaya bal, limon əlavə etmək olar.

Soyuqdəymə xəstəliklərinin ilk simptomlarında belə çay çox yaxşı təsir edir, xəstəliyin inkişafını dayandırır.

Kəklikotu güclü antiseptik və antibakterial təsirinə malikdir.

Bu səbəbdən kəklikotu dəmləmələri ağız boşluğu iltihabları, tonzillit zamanı qarqara üçün istifadə olunur. Kəklikotu bəlğəmgətirici xüsusiyyətlərinə malikdir. Kəklikotu respirator xəstəliklər (öskürək, bronxit və s.) zamanı nəfəs yollarında yığılan bəlğəmi durulaşdırır və onun çıxmasını asanlaşdırır.

Kəklikotu həmçinin sistit, nefrit zamanı antiseptik və iltihabəleyhinə təsir edir, təbii sidikqovucu vasitə kimi istifadə olunur.

Kəklikotu həm də “kişi otu” adlandırılır.

Sübut olunub ki, bu ot kişilərin cinsiyyət sisteminə müsbət təsir edir, cinsi funksiyasını artırır, prostatitin müalicəsində istifadə olunur.

Kəklikotu və xüsusilə kəklikotu yağı güclü yarasağaldan xüsusiyyətlərinə malikdir.

Yanıqlar, xoralar, donvurma zamanı kəklikotu yağının istifadəsi ifadə olunmuş müalicəvi təsir edir.

Kəklikotu hamilə qadınlar üçün ziyanlı sayılır. Lakin əmizdirmə zamanı bu otun istifadəsi laktasiyanı gücləndirir.

Nəzərinizə çatdıraq ki, kəklikotunun qəbulu bəzi xəstəliklər, pozulmalar və s. zamanı tövsiyə edilmir. Bu səbəbdən bu otu istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir