Dietoloqlar xəbərdalıq edir Bu qidaları hətta “aradabir” də yeməyin – Siayhı
Hər Şeydən Bir Az

Dietoloqlar xəbərdalıq edir: Bu qidaları hətta “aradabir” də yeməyin – Siyahı

Bəzən elə olur ki, zərərli olduğunu bildiyimiz halda bəzi qidalardan yeyirik. “Arabir yesəm heç nə olmaz” deyərək çipsi, kolbasa kimi məhsulların dadına baxmaqda bir təhlükə görmürük. Amma bu fikir yalnışdir. Zərərli qidaları rasiondan birdəfəlik çıxartmaq lazımdır.

İspan dietoloqları qida rasionundan birdəflik çıxarmalı olduğumuz qidaların adlarını açıqlayıblar.

1Arada.az bildirir ki, bu qadaların siyahısına birinci sort buğda unundan hazırlanmış un məmulatları daxildir. Üyüdülmə prosesində liflər və digər faydalı maddələr məhv olur. Qlikemik indeksi yüksək olan bu qidaların qəbulu zamanı qandakı şəkər miqdarı qəfil qalxır və sonra da birdən düşür. Bu isə mədəaltı vəzin resurslarının işlənməsinə və şəkər xəstəliyinin meydana çıxmasına yol açır.  

Həmçinin də, üzərində dietik, aşağı kalorili, şəkərsiz, yüngül kimi yazılar yazılan qidalardan da imtina etmək lazımdır. Bu qidalar əksinə olaraq yüksək kalorili olurlar.

Bundan başqa kolbasa məhsullarından da imtina edilməlidir. Çünki bu məhsulların tərkibində nişasta, rəngləyici, doldurucu və dad vericilər olur. Bu siyahıda  yalnız vetçina 50 faiz hallarda ətdən hazırlanır.

4-cü pillədə yağsız süd məhsulları dayanır. Yaxşı olardı ki, təbii süd və süd məhsullarından istifadə edəsiniz.

Yaxşı olar ki, az miqdarda olsa da belə bişinti, alkoqolsuz içki, yarımfabrikat və s. kimi qidalardan da uzaq durasınız. Onların tərkibində bol miqdarda duz, şəkər, tranyağlar və digər əlavələr olur.

İşlənmiş ət məhsulları da sağlamlıq üçün zərərlidir.Bu qidalar xərçəngə yol açdığı üçün onlardan uzaq durmaq lazımdır.  Həmçinin də qırmızı əti həftədə bir dəfədən artıq istifadə etmək olmaz.

Dietoloqlar həm də alkoqoldan tamamilə imtina etməyi fə məsləhət görürlər. Çünki alkoqol 50 növdən artıq xərçəngin yaranmasına birbaşa təsir göstərir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir