Naringi ən faydalı və dadlı sitrus meyvələrindən biridir. Ancaq həkim – dietoloqlar bu meyvədən gün ərzində 4 dənədən çox yeməyi məsləhət görmürlər.
1Arada.az bildirir ki, naringi əhval-ruhiyyəni, immuniteti artırır, toksinləri bədəndən çıxarır. Bu meyvəni səhər yemək məsləhətdir, amma onu acqarına yemək olmaz. Həmçinin də, yaxşı olardı ki, axşam saatdan 5-dən sonra bu meyvəni yeməyəsiniz. Bundan başqa bu meyvədən həddən çox istifadə allergiyaya, mədə-bağırsaq traktı xəstəliklərinə, qarın köpməsinə gətirib çıxarır.
Həkimlərin sözlərinə görə, naringinin yalnız ləti deyil həm də qabığı və ağ lifləri də faydalı hesab edilir. Onun tərkibində antioksidantlar və iltihab əleyhinə xüsusiyyətə malik bir çox maddələ var.
Həkimlər bu meyvənin faydalarını açıqlayıblar: aşağı kalorili olan naringi vitamin və minerallarla zəngindir. Yaxşı olar ki, naringini yeməzdən əvvəl isti su ilə yaxşıca yuyasınız. Çünki bu meyvəni tez xarab olmasın deyə, onu xüsusi maddələrlə dərmanlayırlar.