Dezodorantların tərkbində olan alüminium təhlükəlidirmi
Maraqlı Məlumatlar

Dezodorantların tərkibində olan alüminium təhlükəlidirmi?

Yəqin ki, müasir kosmetika brendlərinin aluminum free adı altında təqdim etdiyi dezodorantlara tez-tez rast gəlirsiniz. Bu məhsulun tərkibində alüminium elementinin olmadığına işarə edir. Ağır metalların insan həyatına mənfi təsir etməsini nəzərə alaraq bu cür vasitələrdən istifadə etmək faydalıdır.  

Bəs görəsən gigiyena vasitələrinin tərkibində olan alüminium elementi həqiqətən də sağlamlıq üçün təhlükəlidirmi?

1Arada.az bildirir ki, istehsalçılar alüminium elementinin dərinin dərin qatların nüfuz edərək tər vəzilərini bağladığına görə bir çox gigyenik vasitələrə əlavə edirlər. Dermatoloqların bildirdiklərinə görə, əgər sizin alüminiuma allergiyanız yoxdursa  o zaman siz bu cür vasitələrdən rahatlıqla istifadə edə bilərsiniz. Bəzi hallarda isə alüminiumun xərçəng risqi yaratdığı bildirilir.

Lakin bu fikir həqiqətə əsaslanmır. Hətta ABŞ Milli xərçəng İnstitutu qoltuğa sürtülən dezodorantın süd vəzi xərçəngini əmələ gətirməsi fikrini təsdiqləmir. 2014-cü ilin hesabatına görə, alüminium tərkibli antipresperantlar istifadə edən qadınlarda ondan istifadə etməyən qadınlara nisbətən daha az xərçəng xəstəliyi diaqnostika olunur.

Bir çox ekspertlərin fikrincə , alüminium yüksək miqdarda qanla birbaşa təmasda olduqda toksik təsir göstərir. Buna görə də söyləmək olar ki, dezodorantların tərkibində olan alüminium həmin miqdarda və yerli istifadə zamanı sağlamlıq üçün heç bir risk daşımır. Əgər alüminiumu tamamilə həyatınızdan  çıxarmaq istəyirsinizsə o zaman ilk növbədə folqadan və alüminium qazanlardan imtina edin.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir