Deputatdan təklif Bu şəxslər avtobuslardan pulsuz istifadə etməlidir
Hər Şeydən Bir Az

Deputatdan təklif: Bu şəxslər avtobuslardan pulsuz istifadə etməlidir

“Təqaüdçülərə ictimai nəqliyyatdan pulsuz istifadə etmək barədə düşünmək olar”.

1Arada.az
“report”a istinadən xəbər verir ki, bunu deputat Elmira Axundova parlamentin plenar iclasında deyib.

“Gələn ilin büdcəsində müxtəlif növ kateqoriyalı insanlar üçün bir sıra sosial güzəştlər və imtiyazlar nəzərdə tutulub.

Lakin yaşlı vətəndaşlar üçün, demək olar ki, təqaüddən başqa əlavə gəlir yoxdur.

Əgər biz gələn il təqaüdçülərə ictimai nəqliyyat növlərini pulsuz etsək, bu, yeni ildə onlar üçün ən yaxşı hədiyyə olardı”, – deyə Elmira Axundova bildirib.

Deputat ahıl yaşda olan insanlarla bağlı digər təklifini də səsləndirib:

“Təklif edirəm ki, 80 yaş və ondan yuxarı olan şəxslərə dərmanlar pulsuz verilsin, ya da onların təqaüdlərinə şərti olaraq “dərman pulu” dediyimiz məbləğ əlavə edilsin.

Yenə də dünya təcrübəsinə əsaslanaraq bunu deyirəm. Misal olaraq, Almaniyada təqaüdçülər onlara səhhətləri üçün vacib olan bütün dərmanları pulsuz alırlar.

Çox arzulayardıq ki, bu xoş və nəcib təcrübə Azərbaycanda da tətbiq olunsun. Çünki bizim inkişaf səviyyəmiz buna imkan verir”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir