Deputat Koronavirusla Bağlı Işçi Qrupu Yaratdı
Hər Şeydən Bir Az

Deputat koronavirusla bağlı işçi qrupu yaratdı

Dünya ölkələri yeni bir çağırışla üz-üzə, insanlar isə həyati əhəmiyyət kəsb edən bir sınaq qarşısındadır. Yeni növ koranavirus-COVİD-19 qlobal təhlükə kimi hamımızı təhdid edir.
1Arada.az xəbər verir, dünyanı bürüyən pandemiya həm də yer kürəsinin insanlarını, o cümlədən bizim hamımızı birləşdirən dəyərləri sınağa çəkir.
ÜST-ün qərar və tövsiyyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə epidemioloji, tibbi profilaktik və müalicə tədbirlərin həyata keçirilməsi üçün qəbul edilən qərarlar və onların operativ həyata keçirilməsi sahəsində dövlətimiz tərəfindən əhəmiyyətli işlər görülür.
Yuxarıda qeyd olunanları nəzərə alaraq Bakı şəhəri Nizami rayonundan Milli Məclisə millət vəkili seçilmiş Könül Nurullayevanın təşəbbüsü ilə “Deputat Qərargahında” koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaq, ərazidə yaşayan insanları narahat edən məsələləri operativ şəkildə həll edilməsinə köməklik göstərmək üçün İşçi qrupu yaradılıb.

Nizami rayonunda yaşayan aktiv vətəndaşlardan xahiş olunur ki, bizim təşəbbüsə qoşularaq xüsusi ilə ətrafımızda, qonşuluqda yaşayan tənha, kimsəsiz və qayğıya ehtiyacı olan insanlar haqqında işçi qrupuna məlumat versinlər.
Bu təşəbbüsdə könüllü olaraq iştirak etmək istəyi olanlar bizimlə əlaqə saxlasınlar.

Aktiv telefonlar
Şəhər nömrəsi 012-422-22-41
Mobil nömrə: +994552762375

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir