Dejavu
Maraqlı Məlumatlar

Fransız Dilindən Gələn Dejavu Sözü

Dejavu…mənşəcə fransız dilindən gələn bu söz artıq görülən, əvvəlcədən görülən mənalarını verir. Dejavu bir illuziyadır. İlk dəfə baş verən hadisənin əvvəlcədən yaşamışıq kimi, yeni bir məkana getdikdə burda nə vaxtsa olmuşuq kimi hiss yaradır. Dejavunu xəbərsiz tanışlıq da adlandırmaq olar. Bu tanışlıq insanda qəribəlik və qorxu hissi yaradır.
İnsanların 70 faizindən çoxu gələcəyi xatırlamağa bənzəyən hadisəni ömründə bir dəfə olsun yaşayıb. Qəribə və müəmmalı görünən dejavunun əslində tibbdə və elmdə açıqlaması var. Massaçusets Texnologiyalar İnstitutunun beynin dejavuya səbəb olan hissəsini araşdıran alimləri belə nəticəyə gəliblər ki, beynin yaddaş mərkəzindəki hippokampus adlanan neyronları yeni yerlərin və hadisələrin əqli xəritəsini hazırlayır və onların gələcəkdə istifadəsi üçün qoruyub saxlayır. Bununla da iki hadisə və ya məkan bir-birinə çox bənzədikdə dejavu hissi yaranır.
Beyin yaşanan hadisələri tam yadda saxlamağa çalışır. Keçmişdə yaşanan hadisəyə aid qoxu, görüntü və ya səs kimi detallar, yeni baş vermiş hadisənin təəssüratları ilə üst-üstə düşür və ona uzun müddətli yaddaşdan gəlmiş xatirə görünüşü verir. Beynimizdə uzun və qısa müddətli yaddaş var. Yeni aldığımız informasiya çox zaman qısa müddətli yaddaşda saxlanılır. Bəzən bu mexanizmin pozulması səbəbi ilə informasiya uzun müddətli yaddaşa ötürülür və bununla da biz yeni baş verən hadisənin keçmişə aid olduğunu düşünürük.
Dejavu 3 növə bölünür. Ən geniş yayılmış forması “deja vekyu”dur. Yəni insanda bir şeyi daha öncə etdiyi, yaxud eyni vəziyyətdə daha əvvəl də olduğu hissini yaradır.
“Deja senti” növü insanda deyiləcək sözü və ediləcək hərəkəti əvvəlcədən bilməsi hissi yaradır. Əslində isə bu öncəgörmə ilə deyil beynin gicgah payının epilepsiyası ilə əlaqəlidir. Hadisələrin yaddaşdan sürətlə silinib və geri qayıtması insanda bu hissi yaradır.
“Deja vizit” isə dejavunun nadir hallarda baş verən formasıdır. İnsan yeni məkanda olduğu zaman əvvəlcədən həmin yerə gəldiyini düşünür. Səbəb isə insanın həmin məkan haqda əvvəlcədən aldığı məlumatı unutmasıdır.

Yazar : Etibar Manafov

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir