Daimi soyuq ayaqlar nədən xəbər verir
Hər Şeydən Bir Az Xalq Təbabəti Xəstəliklər

Daimi soyuq ayaqlar nədən xəbər verir?

Almaniya həkimləri, insanın immunt sisteminə mənfi təsir edən amillər və vərdişləri açıqlayıblar.

1Arada.az e-tibb.az-a istinadla bildirir ki, onlar hesab edir ki, bədənin müdafiə sisteminin əsas düşmənlərindən biri siqaret çəkrməkdir. Çünki siqaret tüstüsü bronxları zədələyir, ağciyərdən zəhərli maddələrin çıxarılmasının qarşısını alır. Bu prosesə spirtdən müntəzəm istifadə də mənfi təsir göstərir.

Mütəxəssislər, immunitetin zəif olmasının həm də ayaqyalın gəzməklə bağlı olduğunu vurğulayıblar. Onlar hesab edir ki, ayaqların daim soyuq olması qan dövranının zəif olması ilə bağlıdır. Bu, zərərli mikroorqanizmlərin çoxalmasına şərait yaradır.

Bundan əlavə, gec yatmaq, daimi stress və yüksək kalorili qidalar da immun sistemə əngəl yaradır.

Belə ki, bu hala orqanizm infeksiyaya olan reaksiya kimi cavab verir. Daimi yüklənmə və stress nəticəsində zamanla immun sistemi “tükənir”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir