Daha sərt tədbirlər olmasa vəziyyət tam dəyişə bilər — Oqtay Şirəliyev
Hər Şeydən Bir Az

“Daha sərt tədbirlər olmasa vəziyyət tam dəyişə bilər” — Oqtay Şirəliyev

“Koronavirusla bağlı testləri gecə ilə Türkiyədən Azərbaycana gətirdik və ilk xəstələri də bu testlərin köməyi ilə müəyyən edə bildik”.

1Arada.az “Report”a istinadən xəbər verir ki, bunu Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-də Günün nəbzi verilişində çıxışı zamanı deyib.

Nazir bildirib ki, ilk günlərdən onlar izolyasiyaya götürüldü və müalicələri başladı: “Məhz bunun nəticəsidir ki, neçə xəstə artıq sağalaraq evə göndərildi. Qalanların arasında xəstəliyin müsbət gedişi onu deməyə əsas verir ki, tezliklə onlar da sağalacaq. 

Açıq demək lazımdır ki, xəstəliyin gedişatı və başqa ölkələrin təcrübəsi, proqnozlar göstərir ki, daha ciddi sərt tədbirlər olmasa vəziyyət tam dəyişə bilər. Xəstələrin sayı on, yüz minlərlə arta bilər. O cümlədən inkişaf edən ölkələrin səhiyyəsi də bunu çatdıra bilməz”.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir