Daha bir ölkə plastikdən imtina edir
Hər Şeydən Bir Az

Daha bir ölkə plastikdən imtina edir

Çin plastik torbalara və borulara qadağa qoyacaq. Okeanlardakı bütün zibillərin dörddə biri bu ölkənin payına düşür.

1Arada.az bildirir ki, bu barədə “Meduza” xəbər yayıb.

Bildirilir ki, ÇXR hökuməti plastikin istehsalı, satışı və istifadəsi üçün yeni proqram qəbul edib. 

Ölkənin əyalət paytaxtlarında və digər böyük şəhərlərdə 2020-ci ilin sonunadək, qalan şəhər və qəsəbələrdə isə 2022-ci ildə birdəfəlik plastik torbalardan imtina ediləcək.

Çinin müxtəlif ərazilərində plastiklərin növündən asılı olaraq, qadağalar fərqli zamanlarda qüvvəyə minəcək. Məsələn, 2020-ci ilin sonuna qədər plastik çöplər bütün ölkə boyu, restoranlarda plastik qablar isə ancaq iri şəhərlərdə qadağan ediləcək.

Birdəfəlik paketlər böyük şəhərlərin əksər mağazalarında 2020-ci ilin sonunadək qadağan olunacaq, kiçik şəhərlərdə hələ 2022-ci ilədək, bəzilərində  isə hətta 2025-ci ilə qədər istifadə ediləcək. Ayrıca, 2025-ci ilin sonunadək hotellər birdəfəlik plastikdən, poçtlar isə plastik qablaşdırma bağlamalarından imtina etməli olacaqlar.

2015-ci ildə “Science” jurnalı tərəfindən aparılan araşdırma dünya okeanlarındakı bütün plastik tullantıların 28 faizinin Çinin payına düşdüyü ehtimalını irəli sürmüşdü.

Dünyada hər il təxminən səkkiz milyon ton plastik okeana atılır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir