Daha Bir Epidemiya Yayılır — Ölənlər Var
Hər Şeydən Bir Az

Daha bir epidemiya yayılır — Ölənlər var

Qərbi Afrika ölkəsi Nigeriyada vəba epidemiyası sürətlə yayılır.

1Arada.az xəbər verir ki, xəstəlik səbəbilə artıq 21 nəfər həyatını itirib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ebonyi üzrə koordinatoru Eyo Nora mətbuata verdiyi açıqlamada əyalətdə 155 yoluxma faktının təsdiqləyib.

O, xəstəliyin əlamətləri ortaya çıxan kimi insanlara həkimə müraciət etməyi tövsiyə edib.

Nora bildirib ki, vəba təmiz su və gigiyena çatışmazlığından yayılmağa başlayıb.

Qeyd edək ki, Nigeriyada təmiz su çatışmazlığı  müxtəlif virusların yayılmasına şərait yaradır. Ölkədə uşaq iflici, ishal, meymunçiçək virusu, qızdırma, tifo kimi xəstəliklərə addımbaşı rast gəlinir.(olke.az)

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir