Dadbilmə qabiliyyətiniz itibsə, deməli sizdə Alsheymer xəstəliyi inkişaf edir
Xəstəliklər

Dadbilmə qabiliyyətiniz itibsə, deməli sizdə Alsheymer xəstəliyi inkişaf edir

Duyğu orqanlarımızdan biri də dildir. Dil vasitəsilə əldə olunan informasıya baş beyinə ötürülərək ətraf mühit haqda insanda təsəvvür yaradır. Dadbilmə qabiliyyətinin az da olsa itirilməsi insanın həyatında çox böyük problemlərə və diskomforta yol aça bilər.

Dilin əsas dad hiss edən hissələri kökü, ucu və yanlarıdır. Belə ki, dilin kökü ilə insan acı dadı, ucu ilə şirin, yanların isə turş dadı hiss edir.

Adətən 60 yaşdan yuxarı insanlarda dad hisiyyatı bir qədər kütləşir. Lakin bəzi hallarda insanlar az vəya çox dərəcədə, və ya tamamilə  dad hisiyyatlarının itirdiklərini deyir, bundan narahat olurlar. Bu hal orqanizmdə yaşanan bir sıra patologiyaların əlməti kimi özünü büruzə verə bilər.

İnsan aşağıdakı hallarda dadbilmə hissiyatını itirə bilər:

  1. Reseprtorlar hisiyyatını itirən zaman
  2. Ağır metallarla zəhərləndikdə
  3. Ağızda quruluq
  4. Analizatorların funksiyalarının pozulması
  5. Beyin yarlmkürələrinin dad siqnallarını qəbul etməməsi
  6. Narkotik qəbulu, siqaret çəkmək və ağır infeksiyalar zamanı

Dadbilmə qabiliyyətinin itirilməsinin ən əsas əlamətlərindən biri də Alzqeymer xəstəliyinin başlanğıcı ola bilər.

Bəziləri üçün əhəmiyyətsiz görünən bu hal əslində çox ciddi xəstəliklərdən xəbər verən bir sıqnaldır. Vaxtında müalicə olunmaq üçün isə həkimə müraciət etmək məsləhətdir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir