Dəniz məhsulları yeyin sağlam olun Maraqlı faktlar
Maraqlı Məlumatlar

Dəniz məhsulları yeyin sağlam olun: Maraqlı faktlar

Dəniz məhsullarında doymuş yağlar yoxdur, onların əvəzinə insan ürək-damar sisteminə faydalı təsir göstərən yağ turşuları var. Ürək xəstəliyi riskini azaltmaq üçün dəniz balığı və ya digər dəniz məhsulları yemək kifayətdir.

1Arada.az bildirir ki, Yaponiyada ömür uzunluğu 84 ildir. Və bu ölkənin bir çox sakinləri 90 yaşlarında da sağlamlıqlarını və yaxşı performanslarını qoruyurlar. Bunun bir səbəbi də yaponların qida rasionlarında bol miqdarda dəniz məhsullarının olmasıdır. Buradakı iqlim kənd təsərrüfatı üçün ən əlverişli yerlərdən uzaqdır, buna görə dəniz məhsulları masaya yaxşı bir əlavədir. Hesablamalara görə, orta statistik yapon bir ildə 68 kiloqram balıq, 45 kq ət istifadə edir. Bu göstərici ABŞ-la müqayisədə üç dəfə azdır.

Harvard Universitetinin alimləri iki qrup könüllü ilə bir neçə il ərzində təcrübə aparıblar. Təcrübə çərçivəsində birinci qrup iştrakçıların menyuları yalnız dəniz məhsullarından tərib edilsə də, digər qrupun menyusundan tamamilə xaric edildi. Nəticələr təsir edici idi: birinci qrupun iştirakçıları çəki azaltmağı bacardılar, özlərini daha yaxşı hiss etdilər, ürək-damar sistemi normal vəziyyətə gəldi. İkinci qrupda olanlar isə səhhtələrində bir yaxşılaşma hiss etmədilər.

Bununla yanaşı, mütəxəssislər dəniz məhsulları həddindən artıq istehlakının mənfi nəticələrini də qeyd edirlər. Bu, ilk növbədə okeanların çirklənməsi ilə əlaqədardır. Bütün zərərli maddələr molyusk orqanizmlərində toplanır və sonra insan bədəninə daxil olur. Bu sağlamlığınıza ciddi təsir göstərə bilər. İstehsalçılardan yalnız “r” hərfi olan aylarda – sentyabrdan aprelə qədər istehlak edilməli olduğu qəbul edilir. Bəs nə üçün bu məhsulları yayda yemək olmaz? Qurmanların sözlərinə görə, molyuskların dadı acı olur. Bundan əlavə, isti havalarda onları təzə saxlamaq daha çətindir.

Dəniz məhsulları depressiya ilə dəmübarizə aparır. Onlardan müntəzəm istifadə edənlərin nikbin olduqları məlum olub. Bunun səbəbi onların tərkibində polisaturated və omeqa-3 turşularının olmasıdır.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir