Çürük meyvənin sağlam hissəsini də yeməyin - Qaraciyər və böyrək xərçəngi yaradır
Hər Şeydən Bir Az

Çürük meyvənin sağlam hissəsini də yeməyin – Qaraciyər və böyrək xərçəngi yaradır

İspan alimləri hətta səthinin 3-də biri zədələnmiş meyvəni yeməməyi tövsiyə edirlər. Bu əsasən də almaya aiddir. Çürümə prosesi zamanı meyvədə mikotoksinlər əmələ gəlir ki, nəticədə də onlar heç bir əlamət vermədən meyvənin sağlam hissəsinə yayılır.

1Arada.az bildirir ki, bu maddə göbələklər tərəfindən sintez olunur və heç bir qoxuya, dada malik deyil. Amma sağlamlığa ciddi şəkildə təsir göstərərək xroniki zəhərlənməyə gətirib çıxara bilər. Qaraciyər və böyrək xərçəngi də əhmin xəstəliklər siyahısındadır. Bu risk əsasən də çürüməyə aşlayan almaları istifadə nəricəsində artır.

Mikotoksinlər istiliyin təsirindən də məhv olmur. Buna görə də, çürüməkdə olan almaları piroq və kompot üçün də istifadə etmək məsləhət deyil. Nəzərə almaq lazımdır ki, kif göbələyi “kök”lərə malikdir ki, onlar vasitəsilə göbələk meyvənin sağlam hissələrinə də nüfuz edir. Bunu adi gözlə görmək imkansızdır. Buna görə də yaxşı olar ki, meyvəni yeməzdən əvvəl doğrayasınız. Rəngində və ya teksturasında bir dəyişiklik müşahidə etdikdə yaxşı olar ki, bu cür meyvəni tullayasınız.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir