Soğan və sarımsaq ev şəraitində bir müddət qaldıqdan sonra cücərməyə başlayır. Bir çox ev xanımları bu tərəvəzlərin cücərdikdən sonra dadının dəyişdiyini və keyfiyətini itirdiyini düşünərək onlardan qida kimi istifadə etməyib tullayırlar. Əslində isə bu fikir yalnışdır. Cücərmiş sarımsaq dişində hətta normal sarımsaqda olduğun çox miqdarda faydalı müddələr mövcuddur. Onun tərkibində allisin, allin və dialildisulfid kimi antibiotiklər var.
1Arada.az sizə cücərmiş sarımsağın faydalarından daha ətraflı söz açacaq.
Cücərmə prosesində sarımsağın tərkibində güclü təsirə malik fermentlər yaranır ki, onlar da bir çox xəstəliklər zamanı faydalıdır. Hətta dad baxımından da yeni cücərən sarımsaq adı sarımsağa nisbətən daha tünd və ətirlidir. Gün ərzində bir ədəd cücərmiş sarımsaq yemək immunitetin artmasına səbəb olur.
Sarımsaqdan ürəyin işini normallaşdıran və damarları trombdan təmizləyən bir çox məlhəmlər hazırlanır. Cüqcərmiş sarımsaqdan isə nə isə hazırlamağa ehtiyac yoxdur. Eyni effekti almaq üçün onu sadəcə olaraq çiy şəkildə yemək lazımdır. Xalq təbabətində cücərmiş sarımsaqdan tormb əmələ gəlməsinin qarşısını almaq məqsədilə və insultun proflaktikası üçün istifadə edilir. Bu tərəvəz həm də, zəhərlənmə zamanı da faydalıdır və diareyanı aradan qaldırır. O, həm də bədxassəli hüceyrələrin inkişafının qarşısını alaraq orqanzimi kanserogenlərdən də təmizləyir. Cücərmiş sarımsağın tərkibində olan antioksidantlar hüceyrələrin qocalmasını və qırışların əmələ gəlməsinin də qarşısını alır.
İstifadə zamanı sarımsağı kəsin və qaralmadığından,
çürümədiyindən əmin olun. Cücərmiş sarımsağı yeməklərə əlavə etmək məsləhət
deyil. Səbəbi isə onun tərkibində olan acı dadverici maddələrin miqdarının dəfələrlə
artmasıdır. Bu isə bir çoxlarının damaq dadına uyğun olmaya bilər.