COVID-19-u neytrallaşdıran daha bir üsul tapılıb
Hər Şeydən Bir Az Xəstəliklər

COVID-19-u neytrallaşdıran daha bir üsul tapılıb

Beynəlxalq alimlər qrupu Utrext Universitetində aparılan təcrübələr zamanı laboratoriyada COVID-19-u məğlub edən monoklonal anticisimlər əldə ediblər…

Beynəlxalq alimlər qrupu Utrext Universitetində aparılan təcrübələr zamanı laboratoriyada COVID-19-u məğlub edən monoklonal anticisimlər əldə ediblər.

1Arada.az-ın “TASS”a istinadən verdiyi xəbərə görə, elm adamlarının araşdırmalara dair məqaləsi “Nature Communication” jurnalında dərc olunub.

Monoklonal anticisimlər, eyni hüceyrə klonuna aid olan immun hüceyrələr tərəfindən istehsal edilən anticisimlərdir (zülallar). Biologiya və tibbdə geniş istifadə olunur, məsələn, peyvəndlər onların əsasında yaradılır.

Alimlər SARS-CoV-2 virusunun insan hüceyrələrinə nüfuz etdiyi zülalı neytrallaşdıran monoklonal anticisimlərin “47D11” olduğunu müəyyən ediblər.

Məqalə müəllifləri gələcəkdə koronavirus infeksiyasının müalicəsi üçün lazım olan dərmanları hazırlamaq üçün bu anticisimlərlə sınaqları davam etdirmək niyyətindədirlər.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir