COVID-19 peyvəndinin satış qiyməti açıqlandı
Hər Şeydən Bir Az

COVID-19 peyvəndinin satış qiyməti açıqlandı

Fransanın əczaçılıq korporasiyası “Sanofi”Britaniyanın GSK şirkəti tərəfindən hazırlanan koronavirus peyvəndinin qiyməti 10 avrodan az olacaq.

1Arada.az xəbər verir ki, bu barədə “Sanofi”inin rəhbəri Olivye Bojiyo bildirib.

Onun sözlərinə görə, hazırda korporasiyalar bütün istehsal xərclərini araşdırırlar.

Bojiyo əlavə edib, fransızlar vaksini amerikalılar və Avropanın başqa ölkələrinin sakinləri ilə eyni vaxtda alacaqlar. “Biz yayda amerikalılarla müqavilə imzaladıq, həmin vaxt bu, avropalılar, o cümlədən britaniyalılarla da imzalanıb”, – o deyib.

Vaksinin 100 milyon dozası ABŞ-a, 300 milyonu isə Avropaya göndəriləcək. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp amerikalılara noyabrın 1-dək yerli vaksininin yaradılacağını söz verib.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir