COVID-19-dan qoruyan altı məhsul açıqlanıb
Hər Şeydən Bir Az

COVID-19-dan qoruyan altı məhsul açıqlanıb

Yaponiyalı mütəxəssislər koronavirusla (COVID-19) mübarizədə kömək edə bilən məhsulları sadalayıblar…

1Arada.az oxu.az-a istinadən xəbər verir ki, siyahıda birinci yerdə zəncəfil və sarımsaq gəlir. Onlar təbii antibakterial xüsusiyyətə malikdirlər. Zəncəfilin tərkibində, həmçinin böyük miqdarda askorbin turşusu, B, A qrupu vitaminləri, sink, kalsium, yod var. Bundan başqa, onun aktiv maddəsi olan qingerol iltihab proseslərini aradan qaldırmağa kömək edir və ağrıkəsici təsirə malikdir.

Növbəti bitki isə sarıkökdür. Onun tərkibinə daxil olan “kurkumin” maddəsi güclü immunostimulyator və təbii antibiotik hesab olunur.

Siyahının üçüncü və dördüncü pilləsində isə giləmeyvələr və bal yerləşib. Giləmeyvələrdə çoxlu vitaminlər və antioksidantlar var. Əsl keyfiyyətli bal isə ta qədimdən öz müalicəvi xüsusiyyətləri ilə tanınır.

Həkimlər, həmçinin C vitamini ilə zəngin qidalardan istifadə etməyi məsləhət görürlər. Bura sitrus meyvələri, quşüzümü, kivi, qara qarağat, çiyələk, itburnu, quş armudu, mərsin, çaytikanı, alma, xurma, kələm, bolqar bibəri və iri yarpaqlı göyərtilər daxildir. 

Bütün rəngli tərəvəzlər və dəniz kələmi də bu siyahıya daxil edilib. Onların piqmentləri (xlorofil, astaksantin, beta-karotin) antioksidant xüsusiyyətlərə malikdir və immuniteti gücləndirir.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir