Çiy balqabaq yeyin - Səbəb
Hər Şeydən Bir Az Xalq Təbabəti Yemək Reseptləri

Çiy balqabaq yeyin – Səbəb

Balqabağı çiy yemək mümkündür. Hətta demək olar ki, bu bostan bitkisi çiy halda daha faydalı və dadldır. Çiy balqabağın tərkibində T vitamini var ki,bu maddənin çatışmazlığı metobolizmi və qan dövranını pozur.

Arıqlamaq, əzələ kütləsini artırmaq, yorğunluğu və stresi aradan qaldırmaq üçün bu vitamin əvəzsizdir. Buna görə də qida rasionuna çiy balqabaq daxil etmək vacibdir. Bu tərəvəzdən çiy şəkildə gün ərzində yarım kq, bişmiş halda isə 2 kq istifradə etmək olar.

1Arada.az sizə çiy balqabaqdan hazırlaya biləcəyiniz kokteyl resptləri təqdim edir:

1) Balqabaq və yerkökü

Tələb olnan ərzaqlar

100 qr yerkökü
150 qr balqabaq
1 stəkan qatıq

Yerkökünü  srütgəcin iri gözündən keçirin, balqabağı xırda doğrayın. Daha sonra blenderə tökərək üzərinə qatıq əlavə edib xırdalayın. Zövqə görə bal, darçın və ya sarıkök əlavə edə bilərsiniz.

2) Balqabaq və portağal

Tələb olnan ərzaqlar

200 qr balqabaq
1 ədəd portağal
2 ədəd xurma
2 ədəd qaysı qurusu

darçın zövqə görə

Balqabağı doğrayın, portağalı və quru meyvələri kub şəklində doğrayın, blenderə qoyaraq yaxşıca xırdalayın. Üzərinə darçın səpin.

3) Balqabaq və zəncəfil

Tələb olnan ərzaqlar

200 qr balqabaq
1 ədəd banan
2 ç/q sürtgəcdən keçirilmiş zəncəfil kökü
20 qr əzilmiç badam
1 ç/q bal

darçın zövqə görə

Banaı və balqabağı xırda doğrayın, blenderə əlavə edərək xırdalayın. Üzərinə bal,arçın və üyüdülmüş badam əlavə edin.

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir