Çinli həkim: Sarıkök koronavirusa yoluxmaqdan qoruyur
Hər Şeydən Bir Az Maraqlı Məlumatlar

Çinli həkim: Sarıkök koronavirusa yoluxmaqdan qoruyur

Sarıkök müntəzəm istifadə zamanı yeni koronavirusla mübarizədə orqanizmin qabiliyyətini gücləndirir…

Sarıkök müntəzəm istifadə zamanı yeni koronavirusla mübarizədə orqanizmin qabiliyyətini gücləndirir. Həmçinin bu ədviyyatın sağlamlıq üçün digər üstünlükləri də var.

1Arada.az qafqazinfo-ya istinadən bildirir ki, çinli həkim Lü Hunşenin sözlərinə görə, immuniteti gücləndirmək üçün sarıkökdən hər gün istifadə etmək lazımdır.

Koronavirusa yoluxmadan qoruması ilə yanaşı, sarıkök orqanizm hüceyrələrin struktur bütövlüyünü qoruyub-saxlayır. Bu, onun iltihabəleyhinə təsiri sayəsində təmin olunur. Sarıkökün tərkibindəki əsas komponent – kurkumin sayəsində o, xərçəng xəstəliyinə yoluxma riskini aşağı salır.

Antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə çiy sarıkök həzm sisteminin işini effektiv şəkildə yaxşılaşdırır. Sarıkökün daha bir əsas faydası – o, artrit zamanı ağrı simptomlarını yüngülləşdirir. Oynaqlardakı yüngül soyuqdəymə zamanı o, dərmanı əvəz etməyə qadirdir.

Həmçinin ədviyyat qan dövranını aktivləşdirməsi və qaraciyəri sağlamlaşdırmaq gücünə sahib olması ilə məşhurdur. Tədiqatlar göstərmişdi ki, onun istifadəsi orqanizmdən toksinlərin daha intensiv şəkildə çıxarılmasına kömək edən fermentlərin istehsalını artırır, bununla da qaraciyərin detoksasiyasını gücləndirir.  

1Arada
1Arada.az sizi tibb, məişət, gözəllik, mətbəx, təhsil, avtomobil sahələrində baş verən ən son yeniliklərdən xəbərdar edəcək. Bunun üçün də sizi facebook, instaqram, youtube, pinterest, tvitter, tumblr sosial şəbəkələr vasitəsilə portalimizi izləməyə dəvət edirik. Sizi maraqlandıran bütün məlumatları 1Arada.az-dan əldə edə biləcəksiniz.
http://1arada.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir